Məktəblərdə idman zalları və kitabxanadan istifadə dayandırılır

23:03 - 10 Sentyabr 2020 - Xəbər

Xüsusi karantin rejimi dövründə məktəblərdə idman zalları və kitabxanalardan istifadə etmək mümkün olmayacaq. 

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"nda məlumat verilib.

Qeyd edilib ki, xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində  xüsusi karantin rejimi dövründə idman və akt zallarından, kitabxana və hovuzdan istifadə dayandırılır.

Xəbər xətti