Ermənistanda koronavirusa yoluxanların sayı artdı

11:08 - 10 Sentyabr 2020 - Xəbər

Ermənistanda daha 174 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 45 326-ya yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 1 nəfər artaraq 906-ya çatıb. İndiyədək 41 233 nəfər infeksiyadan sağalıb.
Hazırda Ermənistanda 2 908 aktiv koronavirus xəstəsi var.///report

Xəbər xətti