Bakıda daha bir ticarət mərkəzi tikilir- Foto

10:07 - 10 Sentyabr 2020 - Xəbər

Paytaxtın Yasamal rayonu ərazisində yeni ticarət mərkəzi inşa edilir.

“Zefir Mall” adlandırılacaq iri obyektin ərazisi 11,6 hektardır. Obyekt alış-veriş və əyləncə mərkəzi kimi fəaliyyət göstərəcək. Bakı dairəvi avtomobil yolunun yaxınlığında, Yasamal yaşayış kompleksinin ərazisində yerləşən ticarət mərkəzinin binası 6500 kvadrat metr sahəyə malik olacaq, öz minimalist və modern xarici dizaynı ilə digərlərindən seçiləcək.

Ticarət mərkəzində kafe və restoranlar da fəaliyyət göstərəcək.


Xəbər xətti