ABŞ Azərbaycana yardım edib -FOTO

16:32 - 8 Sentyabr 2020 - Xəbər

ABŞ Səfirliyinin Müdafiə Əməkdaşlığı şöbəsi sentyabrın 4-də Mərkəzi Gömrük Hospitalı üçün nəzərdə tutulmuş COVID-19 aşkarlama ləvazimatlarının ilk hissəsini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə ianə edib.


Bu barədə məlumatı ABŞ-ın Azərbaycandakı səfirliyi yayıb.

“ABŞ EUCOM Humanitar Yardım Proqramı vasitəsilə təqdim edilən ümumi dəyəri 72 000 ABŞ dollarından çox olan bu ianə Azərbaycana COVID-19 pandemiyasına qarşı daha effektiv mübarizə aparmaq üçün dəstək olacaq”, - məlumatda vurğulanıb./report


Xəbər xətti