PA rəsmisi: "Ermənistanın geniş miqyasda silahlanması davam edir”

18:04 - 7 Sentyabr 2020 - Xəbər

“Son vaxtlar baş verən hadisələr ona dəlalət edir ki, Ermənistan tərəfindən yenə də nəyinsə törədilə biləcəyi hər zaman baş verə bilər”.


Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Tovuz hadisələrindən sonra Ermənistanın geniş miqyasda silahlanması davam edir: “Bizim tələbimiz ondan ibarətdir ki, Ermənistan beynəlxalq hüquqa və BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qənamənin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən qoşunlarını çıxartmalıdır”./report

Xəbər xətti