“Oğlum 5 ildir rusla yaşayır, o qızı qəbul etmirəm”

10:55 - 7 Sentyabr 2020 - MAQAZİN

“Qadınlar və kişilər kölə obrazındadır. Bizi dəblə idarə edirlər. Trenddə olan hər şeyi edirlər. Xanımlar artıq bir-birinə oxşayır, onları ayırmaq mümkün deyil. Qadın hesabına yaşamaq, alfonsluq normal hal alıb. Əvvəllər belə şeylər nadir halda baş verirdi. Tərbiyyəsizlik dəb halını alıb.  Ağzına gələni danışır, bunu səmimi olduğunu deyib qəbul edirlər. Cəmiyyətlə sənət adamlarının fərqi yoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri müğənni Nura Suri “Popumuz var” proqramında qonaq olarkən deyib. Sənətçi insanların dəblə idarə olunduğunu qeyd edib.

Bundan əlavə, ifaçı dini inancının olmadığını bildirib: “Qara qüvvələr var və cəmiyyətin mənəvi halı ilə məşğuldur. Bütün dinlərdə bu barədə məlumat verilir. Düzdür, mən dinlərə yox, yaradana inanıram. Dini ayrı-ayrılıqda qəbul etmirəm. Düşünürəm ki, insanların bir dini olsaydı, onları idarə etmək qeyir-mümkün olardı”.

N. Suri Los-Ancelesdə yaşayan oğlu Xosrovun 5 ildir əslən Rusiyadan olan bir xanımla yaşadığını qeyd edib: “Oğlum gedib rus alıb. Evlənməyib, amma evlənmiş kimi bir şeydir. Xosrov 5 ildir ki, onunla yaşayır. Mənim üçün insan insandır. O qızı qəbul edə bilmirəm. Çünki oğluma münasibəti xoşuma gəlmir. Oğluma hörmət edirəm, qərarı özü verib. Onu özüm belə böyütmüşəm, azadlığını əlindən almıram”.

Həmçinin sənətçi insanların onu səsi ilə “vurduğunu”, lakin özünü müğənni hesab etdiyini qeyd edib: “Mən həmişə açıq-aşkar demişəm ki, həvəsim varsa, mahnı yazdıracam. Özümü şəxsiyyət kimi qəbul edirəm. Peşəcə sənətdəyəm, apardığım proqramlar uğurlu olub. Mahnılarımı qəbul ediblər, pul qazanmışam. Məni qane edir. Nura Suri müğənnidir. İstəsəm şeir və mahnı yazaram, aya bir kitab çıxararam. Yaradıcılıqsız yaşaya bilmirəm. Başqa insanların mənim haqqımda dedikləri vecimə deyil. Əvvəl başa düşmürdüm, indi insanları olduğu kimi qəbul edirəm”.

Bundan əlavə, sənətçi koronavirus pandemiyasının mənfi təsirlərindən də danışıb: “Tanıdığım müğənnilər ev-eşiyini satıb. Bir xanım ifaçı var ki, pandemiya dövründə krediti ödəyə bilmədi, evini satdı. Daha balaca ev aldı. Təmiri üçün də avtomobilini satışa çıxarıb”.

Xəbər xətti