Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

10:17 - 3 Sentyabr 2020 - Xəbər

Gürcüstanda son bir sutka ərzində yeni növ koronavirusa (COVID-19) 20 yoluxma halı qeydə alınıb.  

Bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.  Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1568 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus  səbəbi ilə hazırda 6185 nəfər karantində saxlanılır, 215 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 1279 nəfərin sağaldığı,  19 nəfərin isə vəfat etdiyi bildirilir.///Apa

Xəbər xətti