İnterpol azərbaycanlı qadın barədə axtarış elan edib

17:09 - 2 Sentyabr 2020 - Cəmiyyət

İnterpol azərbaycanlı qadın barədə axtarış elan edib.

1969-cu ildə Qusar rayonunda anadan olan Ragilya Hacıağayeva terror təşkilatının fəaliyyətində iştirak etməkdə təqsirləndirilir.

Rusiya hüquq-mühafizə orqanları onun barəsində cinayət işi başlasa da qadın istintaqdan yayınıb. Rusiya məhkəməsi qadının tutularaq istintaqa cəlb edilməsi barədə qərar verib və onun barəsində beynəlxalq axtarış elan edilib.///trend

Xəbər xətti