"Qalatasaray"dan paylaşım: "AzərbayCANda görüşərik"

16:07 - 31 Avqust 2020 - İDMAN

Türkiyənin "Qalatasaray" klubu Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacağı "Neftçi"yə cavab verib. 


 İstanbul təmsilçisi rəsmi "Twitter" hesabından azərbaycan dilində paylaşım edib. "Sarı-qırmızılar" "AzərbayCAN’da görüşərik. Yaxşı oynayan qalib gəlsin" yazıb. 

"Neftçi" daha əvvəl "Twitter"də "Sizi gözləyirik, "Qalatasaray", We are waiting for you, "Qalatasaray" paylaşımını etmişdi. 

Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin oyunları sentyabrın 17-də olacaq. "Neftçi" I təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkupi"ni mübarizədən kənarlaşdırıb - 2:1./report

Xəbər xətti