Ana səhifə
15 Noyabr 2018

TANAP-ı boru ilə türk şirkətləri təmin edəcək

Ucnoqta.az Türkiyənin “Akşam” qəzetinə istinadən xəbər verir ki, Trans Anadolu qaz kəməri (TANAP) layihəsi üçün boru ixracı üzrə tenderin qalibləri Türkiyə şirkətləri olub. TANAP layihəsi üçün boru ixracını Türkiyənin «Borusan Mannesmann», «Noksel Çelik Boru» və «Erciyas Çelik Boru» şirkətləri təmin edəcəklər.

TANAP-ın tikintisi layihəsi üçün boru ixracı üzrə sazişin imzalanması mərasimi oktyabrın 14-də Ankarada keçiriləcək. Tədbirdə Baş nazir Əhməd Davudoğlu və energetika və təbii sərvətlər naziri Taner Yıldız iştirak edəcəklər.

Bir müddət əvvəl Türkiyə şirkətləri TANAP layihəsi üçün boru ixracını təmin etməyə hazır olduqlarını bəyan etmişdilər. Bu barədə Türkiyənin Polad Boru İstehsalçıları Assosiasiyasının (ÇEBİD) rəhbəri Əhməd Erciyas bildirmişdi.

 

Tarix
14 Oktyabr 2014 [12:05]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin