Sosial şəbəkədəki mübahisə bıçaqlanma ilə başa çatdı

09:16 - 31 Avqust 2020 - HADİSƏ

Hacıqabulda 17 yaşlı yeniyetmə bıçaqlandı.

"Qafqazinfo"nun məlumatına görə, rayon sakini, Hacıqabul sakini, 2003-cü il təvəllüdlü  A.C. həmyerlisi 2004-cü il təvəllüdlü Ş. A. ilə, aralarında yaranan mübahisə zamanı 3 bıçaq zərbəsi alıb.
Qeyd edək ki, bıçaqlanmaya səbəb yeniyetmələrin sosial şəbəkədə bir-birlərinə nalayiq sözlər işlətmələri olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti