Şirvanda evdə baş verən yanğın iki azyaşlının ölümünə səbəb oldu

09:16 - 30 Avqust 2020 - HADİSƏ

Şirvan şəhərində beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində ümumi sahəsi 12 m² olan birotaqlı mənzildə 1 ədəd divan yanıb.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın zamanı tüstü dolmuş mənzillərdən 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzil sahibinin övladları, 2015-ci il təvəllüdlü Vəliyev Eldar Pünhan oğlu və 2018-ci il təvəllüdlü Vəliyev Araz Pünhan oğlu tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər hadisə yerinə çatana kimi qonşular tərəfindən xəstəxanaya aparılıb və hər ikisi orada vəfat edib.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti