Tərtərdə avtomobillə vurulan piyada ölüb

16:56 - 29 Avqust 2020 - Xəbər

Tərtər şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


Daxili İşlər Nazirliyindən rend-ə bildirilib ki, avqustun 28-də saat 21 radələrində Tərtər şəhəri ərazisində Kəlbəcər rayon sakini D.Ələkbərov “VAZ-2106” markalı avtomobili idarə edərkən yolu keçən şəhər sakini Urqiyyə Şükürovanı vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Tərtər RPŞ tərəfindən araşdırma aparılır./trend

Xəbər xətti