Yevlaxda avtomobil aşıb, sürücü xəsarət alıb

16:39 - 29 Avqust 2020 - HADİSƏ

Yevlax rayonunda yol qəzası baş verib. 


Hadisə Gülövşə kənd yolunda qeydə alınıb.

Belə ki, "VAZ-2104" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü, Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Rauf Nəbiyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.  

Faktla bağlı araşdırma aparılır./report

Xəbər xətti