Şəkidə iki avtomobil toqquşub, xəsarət alanlar var

16:19 - 29 Avqust 2020 - HADİSƏ

Şəkidə dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhərin Bəxtiyar Vahabzadə küçəsində qeydə alınıb.

"Nissan" və "Tofaş" markalı avtomobillərin toqquşması nəticəsində "Tofaş"da olan dörd nəfər xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti