Salyanda “Mercedes" “VAZ-2106” ilə toqquşdu- sürücülərdən biri öldü- Foto

11:00 - 29 Avqust 2020 - HADİSƏ

Bu gün səhər saatlarında Neftçala-Salyan avtomobil yolunun Salyan rayonunun Kürqaraqaşlı kəndindən keçən hissəsində  ağır yol-nəqliyyat hadisəsi baş verib.

Neftçala şəhər sakini, 1984-cü ildə anadan olmuş Nicat Heydər oğlu Tağızadənin idarə etdiyi 99 FL 233 markalı “Mercedes E-240” markalı minik maşını ilə Salyan rayonunun Kürqaraqaşlı kənd sakini, 1952-ci ildə anadan olmuş Sərdar Nadir oğlu Zeynalovun idarə etdiyi 52 BK 273 dövlət nömrə nişanlı “VAZ-2106” markalı avtomaşın toqquşub. Hadisə nəticəsində “VAZ-2106”nın sürücüsü S.Zeynalov aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib.         

Faktla bağlı araşdırma aparılır.///Virtualaz.org


Xəbər xətti