Ana səhifə
24 Aprel 2018

UEFA Avropa liqasında II turun oyunları keçirilib

Avroliqanın qrup mərhələsi çərçivəsində II turun oyunları baş tutub. Qitənin ikinci dərəcəli klub turnirində ilk turda dogma azrkeşləri önündə “Sent-Etyen”lə qolsuz bərabərliyə qalan Azərbaycan çempionu qrupda ilk səfər sınağına çıxıb. Qurban Qurbanovun yetirmələri məşhur “Cüzeppe Meattsa” stadionunda İtaliyanın “İnter” klubu ilə qarşılaşıb.

 Oyuna yaxşı başlayan komandamız 18-ci dəqiqədə gözlənilmədən qapısında top görüb. Fasiləyə məğlub durumda yollanan ağdamlılar növbəti dəfə mərkəzdən başlamağa məcbur olub. Bu dəfə “İnter”in hücumçusu Mauro İkardi dəqiq oynayıb. Matçın sonuna qədər “Qarabağ”ın ciddi cəhdlərinə baxmayaraq, hesab arasındakı fərqi azltmaq mümkün olmayıb – 2:0. Beləliklə, “Qarabağ” Avropa Liqasında qrup mərhələsin ikinci oyununda meydanı xalsız tərk edib.

Qardaş ölkə Türkiyənin turnirdə çıxış edən komandalarından “Trabzonspor” əvvəlcə evdə “Legiya” ilə qarşılaşıb. Matçda Qara dəniz klubu 1:0 hesabı ilə uduzub.

 

Daha sonra “Beşiktaş” səfərdə meydana çıxıb. Totenhemlə qarşılaşma 1:1 hesabı ilə nəticələnib. 27-ci dəqiqədə Harri Kean Totenhemi hesabda irəli keçirsə də, Türkiyə klubu 89-cu dəqiqədə DemBa Banın penaltidən vurduğu qolla Totenhemin qələbəsinə imkan verməyib. Gecənin qeydə alınan nəticələri belədir:

A qrupu

“Sürix” – “Borussiya” - 1:1

Qollar: Frank Etoundi, 23 - Havard Nordtveit, 26

 

“Vilyarreal” – “Apollon” - 4:0

Qollar: Cerard Moreno, 9, Xavyer Espinosa Qonzalez, 44, 51, Cerard Moreno, 82 

 

B qrupu

“Torino” – “Kopenhagen” - 1:0

Qol: Fabio Qualyarella, 90

 

HİK – Brügge - 0:3

Qollar: Lior Rafaelov, 19-avtoqol, Tom de Sutter, 70, Felipe Qodoz, 78

 

C qrupu

“Tottenhem” – “Beşiktaş” - 1:1

Qollar: Hari Keyn, 27 - Demba Ba, 89-pen

 

“Asteras” – “Partizan” - 2:0

Qollar: Fernando Usero, 22, Fasundo Parra, 52

  

D qrupu

“Seltik” – “Dinamo” Z - 1:0

Qol: Kris Kommons, 6

 

"Astra” – “Zalsburq” - 1:2

Qollar: Takayuki Seto, 15 - Kevin Kampl, 36, Conatan Soriano, 42

 

E qrupu

“Dinamo” M - PSV - 1:0

Qol: Yuri Jirkov, 90

 

“Estoril” – “Panatinaikos” - 2:0

Qollar: Kleber, 52, Dieqo Amado, 66

 

G qrupu

“Feyenoord” – “Standard” - 2:1

Qollar: Sven van Beek, 48, Elvis Manu, 84 - Conatan Viera, 65 

 

“Riyeka” – “Sevilya” - 2:2

Qollar: Andrey Kramarik, 52-pen, İaqo Aspas, 26 - Zoran Kvrziç, 68, Stefan Mbia, 90

 

H qrupu

“Krasnodar” – “Everton” - 1:1

Qollar: Ari, 43 - Eto'o, 82

 

“Volfsburq” – “Lill” - 1:1

Qollar: Kevin de Bruyne, 82 - Divok Orici, 77-pen

 

İ qrupu

“Slovan” – “Napoli” - 0:2

Qollar: Marek Hamşik, 35, Qonzalo İquain, 74

 

“Sparta” – “Yonq Boyz” - 3:1

Qollar: Lukas Vaça, 27, David Lafata, 28, David Lafata, 85 - Qillaume Hoarau, 52 

  

J qrupu

“Olborq” – “Riu Ave” - 1:0

Qol: Niklas Helenius, 46 

 

“Dinamo” K – “Styaua” - 3:1

Qollar: Andrey Yarmolenko, 40, Artem Kravets, 66, Lukaz Teodorzuk, 90 - Raul Rusesku, 89 

 

K qrupu

“Dinamo” M – “Fiorentina” - 0:3

Qollar: Alberto Akvilani, 33, Josip İliçiç, 61, Federiko Bernardeşi, 67

 

“Genqam” – PAOK - 2:0

Qollar: Sulvan Marvoks

  

L qrupu

“Lokeren” – “Metallist” - 1:0

Qol: Nil de Pauv, 74

 

“Trabzonspor” – “Legiya”  - 0:1

Qol: Mixal Kuçarzuk, 16

Tarix
3 Oktyabr 2014 [11:46]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ