Millimizin qatılmaq istədiyi Avropa çempionatı təxirə salındı

17:02 - 28 Avqust 2020 - İDMAN

Rusiyanın paytaxtı Mokvada təşkili planlaşdırılan ağırlıqqaldırma üzrə Avropa çempionatı yenidən təxirə salınıb.

Bu barədə Avropa Ağırlıqqaldırma Federasiyasının I vitse-prezidenti Sergey Sırçov TASS-a açıqlamasında deyib.

O bildirib ki, yarış 2021-ci ildə baş tutacaq. Turnirin vaxtı daha əvvəl apreldən oktyabrın sonuna dəyişdirilib.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycan millisi də iştirak etməli idi.///report

Xəbər xətti