Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) baş verən qanunsuzluqla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Bu barədə Baş Prokurorluğun "Instagram” səhifəsində aparılan sual-cavab sessiyasında bildirilib.
Məlumatda qeyd edilib ki, cinayət işinin nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın verilməsi təmin ediləcək.