Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlandı

21:53 - 27 Avqust 2020 - Xəbər

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 27-nə olan statistik göstəriciləri açıqlayıb. Məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 6 422 test edildiyi bildirilib. Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 898 492 test aparılıb. Aktiv xəstə sayı 1 956 nəfərdir, onlardan 148 nəfər reanimasiyadadır, 17 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Xəbər xətti