Məktəbdə şagirdlərin bədən temperaturu yoxlanılacaq- Nazir

17:56 - 27 Avqust 2020 - Xəbər

Valideynlərə övladlarının məktəbə gəlmə qaydası ilə bağlı seçim imkanı veriləcək. Valideynlər ya onlayn təhsili, ya da həftədə 2 və ya 3 dəfə məktəbə gələrək əyani təhsil almağı seçə biləcəklər.

Bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən mətbuat konfransında deyib.
Nazir bildirib ki, məktəbdə şagirdlərin bədən temperaturu yoxlanılacaq: “Valideynlərə də müraciət edirik ki, əgər uşaqda temperatur olarsa, məktəbə gətirməmək məqsədə uyğundur”.

Xəbər xətti