Nağıyeva Vəfanın bələdiyyə üzvlüyündən uzaqlaşdırılması fikirləri əsassızdır

15:59 - 27 Avqust 2020 - Xəbər

Bildiririk ki, Nağıyeva Vəfanın Xol Qaraqaşlı bələdiyyəsinin üzvlüyündən uzaqlaşdırılması ilə bağlı müzakirələr aparılmayıb. Onun bələdiyyə sədrinin istəyi ilə bələdiyyə üzvlüyündən uzaqlaşdırılması ilə bağlı sosial şəbəkələrdə yaydığı məlumatlar həqiqəti əks etdirmir.

Bu fikirləri Faktor.az-a açıqlamasında Xol Qaraqaşlı bələdiyyəsinin sədri Əlibala Səlimov deyib.

Onun sözlərinə görə, Vəfa Nağıyeva iddia edir ki, bələdiyyə sədri tərəfindən vaxtaşırı incidilir və bələdiyyənin keçirdiyi iclaslara bağlı protokollar ona təqdim edilmir. Bu məlumatlar birmənalı olaraq əsassızdır.

Bələdiyyə iclas protokolları nəyinki onun, hamı üçün açıqdır və protokollarla tanış olmaqla bağlı heç bir məhdudiyyət yoxdur. Beləliklə Vəfa Nağıyevanın iddiaları birmənalı olaraq əsassızdır və həqiqətləri əks etdirmir. Hal hazırda Vəfa Nağıyeva bələdiyyə üzvü olaraq fəaliyyətini davam etdirməkdədir. Baxmayaraq ki, cari ildə keçirilən 9 bələdiyyə iclaslarının cəmi 4-də iştirak etmişdir.

"Bildirmək istəyirik ki, Vəfa Nağıyeva mütəmadi olaraq bələdiyyənin fəaliyyətini gözdən salmaq üçün müxtəlif internet saytlarında, sosial şəbəkələrdə qərəzli məlumatlar, video materiallar paylaşır. Biz ona tövsiyyə edirik ki, belə məlumatlar yaymaqdansa bələdiyyə iclaslarında iştirak etsin, kəndin ümumi mövcud problemləri ilə maraqlansın. Bir daha Vəfa Nağıyevanı reallıqları, görülən işləri işıqlandırmağa, həqiqətləri insanalara çatdırmağa dəvət edirik", deyə  Əlibala Səlimov qeyd edib.

Xəbər xətti