Qubada krandan su əvəzinə palçıq gəlir- Video

12:48 - 27 Avqust 2020 - Xəbər

Quba rayonu Alpan kəndinin sakinləri artıq 2 ilə yaxındır içməli su üzünə həsrətdirlər. Payızda yağış yağarkən kranlardan su əvəzinə palçıq gəlir.

Kənd sakinləri qumlu, çınqıllı sudan istifadə etmək məcburiyyətində qalıblar. Hazırda Susay, Gəray, Uzunmeşə kəndlərinin qismən də olsa, kanalizasiya sularının və hər yağış yağanda qrunt sularının birbaşa axdığı "Quru çay"ın suyu ilə kəndin içməli suyu eyni mənbədəndir.///report

Xəbər xətti