Bərdədə 21 yaşlı gənci tok vurub

12:39 - 27 Avqust 2020 - Xəbər

Avqustun 26-da saat 15 radələrində Bərdə rayonu, Mustafaağalı kəndi ərazisində yerləşən avtomobilyuma məntəqəsində işləyən Niyaməddin Həsənovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bərdə rayon prokurorluğundan Ucnoqta.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla müəyyən edilmişdir ki, 1999-cu il təvəllüdlü Niyaməddin Həsənov işlədiyi avtomobilyuma məntəqəsində işləyən zaman elektrik cərəyanı vurması nəticəsində yıxılmış və baş nahiyəsindən aldığı xəsarətdən hadisə yerində ölmüşdür.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Xəbər xətti