Messinin atası "Mançester Siti" ilə danışığa başladı

11:27 - 27 Avqust 2020 - İDMAN

"Barselona"dan ayrılacağını açıqlayan Lionel Messinin "Mançester Siti"yə transferi reallaşmağa yaxındır.

Argentinalı ulduzun atası "şəhərlilər"lə danışıqlar aparmaq üçün Mançester şəhərinə yollanıb.

Pep Qvardiolanın sabiq oyunçusunun transferi üçün can atdığı bildirilərkən, Xorxe Messinin oğlu üçün klubdan 2 illik müqavilə tələb etdiyi ortaya çıxıb.

Messinin klubdan ayrılmasına imkan yaradan "sərbəsqalma maddəsi"nin 30 iyunda sona çatmış olması "Barselona"nın əlində əsas faktdır. Messi tərəfi isə fors-major hal yaşandığı və mövsümün uzanmasını əsas göstərir. FIFA və CAS da futbolçunun tərəfindədir.///Offsideplus.az

Xəbər xətti