Maskaya görə sürücünü vuran sərnişin saxlanıldı

09:52 - 26 Avqust 2020 - HADİSƏ

Bakıda 13 nömrəli marşrut avtobusunda ondan maska taxmasını tələb edən sürücünü vuran sərnişin saxlanılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı şəhər BPİ Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Abşeron rayon, Masazır qəsəbə sakini Anar Nehmətli saxlanılıb.

O, iki maddə ilə ittiham olunur. Gün ərzində onun barəsində qərar verilməsi üçün materiallar məhkəməyə göndəriləcək. A.Nehmətlinin saxlanılması barədə məlumatı Bakı BPİ-nin Mətbuat xidməti təsdiqləyib.

Bildirilib ki, bununla bağlı ictimaiyyətə geniş məlumat veriləcək.

Xəbər xətti