Ana səhifə
16 Noyabr 2018

Tanınmış aktrisalar kinomuzun ən yaraşıqlı aktyorlarının adını açıqladılar

Firəngiz Mütəllimova: “Həmişə ona ən uca aktyor kimi baxmışam”
 

Suğra Bağırzadə:Onun boyu, xarici görünüşü və daxili gözəlliyi simasında əks olunub”
 

Naibə Allahverdiyeva: Rasim Balayev çox xoşuma gəlib”
 

Kino sahəsində həm obrazlarına, həm də gözəl xarici görünüşə sahib bir çox aktyorlarımız var. Onlar yaratdığı obrazlarla insanların qəlbində yol taparaq sevilirlər. “Üç nöqtə” tanınmış aktrisalar arasında sorğu apardı. Səhnəmizin ən yaraşqlı aktyoru kimidi? Xalq artisti Firəngiz Mütəllimova bildirdi ki, uşaqlıq illərindən Yusif Vəliyevin pərəstişkarı olub: “Ona baxıb səhnəyə gəlmişəm. “Nəsimi”də Topal Teymuru oynayırdı. O ən sevdiyim aktyordu. Mənim bütün sənət yoldaşlarıma hörmətim var. Səhnədə ən sevdiyim aktyorlardan biri də Rasim Balayevdir. Həmişə ona ən uca aktyor kimi baxmışam. Necə ki, Ömər Şərifi, Kadir İnanır, Radj
Kapur, Tom Kruz kimi sevdiyim aktyorlar olublar. Qürür duymuşam ki, mənim Azərbaycanımda da elə aktyorlar var”.
 

 

Əməkdar artist Suğra Bağırzadə isə kinomuzun ən yaraşıqlı aktyoru Mehdi Məmmədov olduğunu qeyd etdi: “O dünyasını dəyişib. Mehdi Məmmədov çox gözəl xarici görünüşə sahib insan idi. Bir də Fuad Poladovun adını çəkmək istəyirəm. Onun boyu, xarici görünüşü və daxili gözəlliyi simasında əks olunub. Aktyor kimi Fuad Poladov çox seçilir”.
 

 

Əməkdar artist Naibə Allahverdiyeva kino sahəsində ən yaraşıqlı aktyor kimi Rasim Balayevin adını çəkdi: “Həmişə demişəm ki, Rasim Balayev çox xoşuma gəlib. Eləcə də Fuad Poladovun adını çəkə bilərəm. Fəxrəddin Manafovu bir aktyor kimi daha çox bəyənirəm. Cavan nəslin nümüyəndələri arasında da yaraşıqlı aktyorlar var. Sadəcə olaraq indi yadıma düşmür. Aktyorun yaraşığından əvvəl sənəti ona yaraşıq verir. Aktyor gözəl ola bilər. Amma sənəti yaxşı olmasa o heç kəsin yadında qalan deyil. Camaat ona uzağı iki dəqiqə baxa bilər. Sonra onların gözünün qarşısına obraz gəlir. Aktyor bir aktyor kimi istedadlı olsa, öz rolunun öhdəsindən bacarıqla gəlsə, insanları sənəti ilə inandıra bilsə, kifir olsa belə insanların gözündə ən gözəl aktyora, yaraşıqlı insana çevrilir. Düzdü, indiki gənclər aktyorda daha çox yaraşığıa önəm verirlər. Sevdikləri obrazdan başqa obrzada görəndə xoşlarına gəlməyə bilirlər. Hətta dünən qızımla belə söhbətimiz oldu. Dedi ki, bu aktyor bu obrazı ilə gözümdən düşdü. Necə çirkin görsənir. Mən də dedim ki, sən onun oynadığı rola, obraza bax. Başqa obrazda görəndə qrimdə də dəyişiklik olur axı. Görürsən ki, o obrazda bəyənmirlər. Gənclər daha çox aktyorun və aktrisanın xarici görünüşünə üstünlük verirlər. Amma o daha çox müğənnilərə aiddi, bizlərə yox. Çünki biz müxtəlif obrazlar oynayırıq”.
 

 

Əməkdar artist Naidə Orucova da ən yaraşıqlı aktyor kimi Rasim Balayevin adını çəkdi: “ Fəxrəddin Manafov, Rəfael Dadaşov da yaraşıqlı olublar. Onların canlandırdığı bütün obrazlar xoşuma gəlir. Gənclik illərində Rəfael Dadaşov daha yaraşıqlı olub. Həmçinin Rasim Balayev də. Onlar çox sevilən aktyorlar olublar. Bütün aktyorlar səhnəyə, pozitivlik, sevinc gətirirlər. Tamaşaçının rəğbətini, məhəbbətini qazanırlar. Elə aktyorlar bizdə çoxdu”.
 

 

Əməkdar artist Almaz Mustafayeva isə yaraşıqlı aktyorların çox olduğunu vurğuladı: “Atyor üzərinə düşün rolu peşəkarcasına canlandırırsa, deməli o səhnəmizə, kinomuza yaraşan aktyordu. Rasim Balayev böyük sənətkardı. Rasim Balayev və Həmidə Ömərova bizim kinomuzun yaraşıqıdır. Ən sevimli aktyorlardan biri də Fəxrəddin Manafovdur. Mən onu çox istəyirəm. Onun sənətinə və özünə vurğunam. Bunu ona neçə dəfə etiraf eləmişəm. O da mənə deyib. Doğrudan da aktyorların hamısı kinoya yaraşırlar. Yaxşı sənətkarlardı. Onlar kinomuzun ulduzlarıdırlar”.

 

Rəqsanə

Tarix
14 Oktyabr 2014 [11:38]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin