Ana səhifə
16 Noyabr 2018

"Eurovision-2015"də Azərbaycan ikinci yarımfinalda çıxış edəcək

Eurovision-2015 yarışmasının keçiriləcəyi Avstriyanın Vyana şəhərində iştirakçıların yarımfinallarda çıxış ardıcıllığını müəyyən etmək üçün püşkatma mərasimi keçirilib.

 

Ucnoqta.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, püşkatmanın nəticələrinə əsasən, Azərbaycan ikinci yarımfinalda çıxış edəcək.

Mayın 19-da keçiriləcək birinci yarımfinalda 16 (Yunanıstan, Makedoniya, Estoniya, Niderland, Moldova, Finlandiya, Belçika, Ermənistan, Serbiya, Danimarka, Belarus, Rumıniya, Rusiya, Albaniya, Gürcüstan və Macarıstan), mayın 21-də keçiriləcək ikinci yarımfinalda isə 17 iştirakçı (Norveç, İrlandiya, Çexiya, Litva, San Marino, Malta, Portuqaliya, Monteneqro, İsveçrə, Azərbaycan, Sloveniya, Latviya, Polşa, İslandiya, İsrail, Kipr və İsveç) çıxış edəcək planlaşdırılır. Yarışmanın final mərhələsi isə mayın 23-də baş tutacaq.

Builki yarışmaya ümumilikdə 39 ölkə qatılacaq.

 

Tarix
26 Yanvar 2015 [18:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin