Navalnı zəhərlənib- Təsdiqləndi

22:35 - 24 Avqust 2020 - Xəbər

Almaniyanın paytaxtı Berlindəki “Charite” klinikası rus müxalifət liderlərindən olan Aleksey Navalnının zəhərləndiyini təsdiqləyib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, hazırda həmin klinikada süni komada olan Navalnının bədənində xolinesteraza inhibitorları qrupundan olan bir maddə tapılıb. Onun həyatı üçün hər hansı təhlükə olmadığı bildirilir.

Navalnıya atropin dərmanı verilib.

Xəbər xətti