Göygöldə yol qəzası baş verib- 2 nəfər xəsarət alıb

22:32 - 24 Avqust 2020 - HADİSƏ

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Gəncə-Toğanlı yolunun rayonun Qızılqaya qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı maneəyə çırpılıb. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.///Apa

Xəbər xətti