Bakıda mənzillərin qeydiyyatı üçün növbəti səyyar sənəd qəbulu keçiriləcək

15:59 - 24 Avqust 2020 - Xəbər

Bakı şəhərinin bir neçə rayonunda istismarına icazə verilmiş yeni çoxmənzilli binalardakı mənzillər növbəti səyyar sənəd qəbulu keçiriləcək.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, səyyar sənəd qəbulu avqustun 26-da Bakı şəhəri, Yasamal rayonu, Şıxəli Qurbanov küçəsi, 23A ünvanında, avqustun 28-də isə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y. Əliyev küçəsi, 2595 məhəllə ünvanında keçiriləcək.

Qeyd edək ki, iyulun 24-dən bərpa olunan səyyar sənəd qəbulu prosesi çərçivəsində artıq 10 ünvanda səyyar qəbulu aparılıb.

Vətəndaşların mənzillərə aid mülkiyyət hüququnu təsdiq edən sənədin (çıxarışın) hazırlanması 15 iş günü ərzində təmin edilir.

Xəbər xətti