Sabah "Dəniz kuboku" Beynəlxalq müsabiqəsinə start veriləcək

12:17 - 24 Avqust 2020 - Xəbər

Avqustun 25-dən sentyabrın 4-dək "Beynəlxalq Ordu Oyunları - 2020" yarışları çərçivəsində Azərbaycanın ərazi sularında "Dəniz kuboku" Beynəlxalq müsabiqəsi keçiriləcək.

 "Dəniz kuboku" müsabiqəsi Azərbaycanın dəniz sularında artıq 4-cü ildir ki, keçirilir. Bu il Qazaxıstan və İran komandaları COVID-19 virusu ilə əlaqədar müsabiqədə iştirak etmir.

Avqustun 17-də "Dəniz kuboku" müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının "Mahaçkala" gəmisi Bakıya gəlib.

Azərbaycan tərəfindən müsabiqədə iştirak edəcək gəmi - "G-122" gözətçi gəmisidir.

Avqustun 19-da "Dəniz kuboku" beynəlxalq müsabiqəsinin hakimlərinə hakimlik hüququ verən sertifikatlar və qol sarğısı təqdim edilib.///Apa

Xəbər xətti