İsmayıllıda “Mercedes”lə “Ford” toqquşdu

11:57 - 24 Avqust 2020 - HADİSƏ

İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, rayonun Basqal qəsəbəsində “Mercedes” və “Ford” markalı iki minik avtomobili toqquşub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan bir nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər xətti