Astarada avtoxuliqanlıq edən şəxs həbs edilib

09:53 - 24 Avqust 2020 - HADİSƏ

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb.

Astara rayonunun Siyakü kənd sakini S.Şahbazov sürücülük hüququ olmadan idarə etdiyi "VAZ 2107" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri edib və bu zaman çəkilən video onun tanışları tərəfindən sosial şəbəkəyə yerləşdirilib. İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan S.Şahbazov barəsində Astara RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib. Rayon Məhkəməsinin qərarı ilə həmin şəxs 15 gün müddətində inzibati qaydada həbs olunub.///Apa

 

Xəbər xətti