Vilayət Eyvazov bu rayona yeni rəis təyin etdi

23:28 - 22 Avqust 2020 - Xəbər

Xocalı rayon Polis Şöbəsinə yeni rəis təyin olunub. 

Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə polkovnik-leytenant Zaur Nəbiyev Xocalı rayon Polis Şöbəsinə rəis təyin olunub. O, bu vəzifəyə təyinat alana qədər Binəqədi Rayon Polis İdarəsi rəisinin şəxsi heyətlə iş üzrə köməkçisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Xocalı RPŞ-nin əvvəlki rəisi Eldar Bağırov təqaüd yaşı ilə əlaqədar vəzifəsindən azad edilmişdi.///qafqazinfo

Xəbər xətti