Neftçalada yeni modul tipli məktəb quraşdırılır

14:44 - 21 Avqust 2020 - ÖLKƏ İÇİ

Prezident İlham Əliyevin 8 avqust 2020-ci il tarixli Sərəncamına əsasən Neftçala şəhərində 40 şagird yerlik modul tipli ibtidai məktəbinin quraşdırılması işlərinə başlanılıb.⠀

Rayon İcra Hakimiyyətindən Ucnoqta.az-a verilən məlumata görə, son illər ölkəmizdə təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühim işlər görülür. Respublikamızın qəsəbə və kəndlərində yeni-yeni məktəb binaları tikilib istifadəyə verilir, mövcud binalar isə əsaslı təmir olunur.⠀⠀ ⠀⠀

⁣Neftçala şəhərində 40 şagird yerlik modul tipli məktəb binası 4 sinif, müəllimlər və direktor otaqlarından ibarət olacaq. Bina dayanıqlı su, istilik və elektrik enerjisi ilə təmin olunacaq. Məktəb yeni inventar və texniki vasitələrlə təchiz olunacaq. Təhsil ocağı binasının yeni tədris ilində istifadəyə verilməsi nəzərdə tutulub.

Xəbər xətti