Kişi salonunun açılışı üçün yığıncaq keçirən qadın cəzalandırıldı

11:16 - 21 Avqust 2020 - Xəbər

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində karantin qaydalarını pozaraq insanları bir yerə toplayıb, yeni obyektin açılışı məqsədilə məclis təşkil edən şəxs müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Ucnoqta.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilən zaman icarədar C.Uqalayevanın kişi salonunun açılışı məqsədilə qapalı məkanda 20-yə yaxın şəxsi bir yerə toplayaraq məclis təşkil etdiyi və karantin qaydalarını pozduğu aşkarlanıb.

İcarədar barəsində Balakən Rayon Polis Şöbəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.


Xəbər xətti