Ramin Bayramov Respublika Neyrocərrahiyyə Xəstəxanasına yeni direktor təyin etdi

10:57 - 20 Avqust 2020 - Xəbər

Respublika Neyrocərrahiyyə Xəstəxanasına yeni direktor təyin edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən məlumat verilib.

Məlumata görə, bu barədə birlik rəhbəri Ramin Bayramov avqustun 7-də əmr imzalayıb. Əmrə əsasən Həsənov Fərhad Rüfət oğlu xəstəxananın direktoru vəzifəsinə təyin edilib.

Xatırladaq ki, bir müddət əvvəl adıçəkilən xəstəxananın direktoru Kabus Dadaşov vəzifəsindən azad olunmuşdu.

Xəbər xətti