Prezident Marqerita Kostanı “Dostluq” ordeni ilə təltif edib - Sərəncam

15:49 - 19 Avqust 2020 - Xəbər

Prezident İlham Əliyev Marqerita Kostanın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Marqerita Kosta “Dostluq” ordeni ilə təltif edilib.

Xəbər xətti