Ana səhifə
15 Noyabr 2018

Nabat” filmi Hindistanda mükafata layiq görülüb

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 2014-ci ildə istehsal olunan "Nabat" filmi Hindistanda keçirilən 13-cü Pune Beynəlxalq Film Festivalında beynəlxalq münsiflər heyətinin "Xüsusi vurğulama" mükafatına layiq görülüb. Mükafat C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının direktoru, prodüser Müşfiq Hətəmova təqdim olunub. Film festivalın əsas müsabiqə proqramında yer alıb. filminin ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu rejissoru Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Ekran əsərində baş rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və digərləri canlandırıblar.

Tarix
26 Yanvar 2015 [16:21]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin