Ana səhifə
26 Sentyabr 2018

“III Riçard” tamaşasının premyerası baş tutub

Gənc Tamaşaçılar Teatrında ingilis dramaturqu Uilyam Şekspirin anadan olmasının 450 illiyinə həsr olunan  “III Riçard” tamaşasının premyerası olub.

 

 

Uzun illər Azərbaycan teatrında səhnələşdirilməyən tamaşanın quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, baletmeysteri Rusiyanın əməkdar incəsənət xadimi Sergey Qrisay, quruluşçu rəssamı Elşən Sərxanoğludur. Səhnə əsərində əsas obrazları xalq artisti Ağaxan Salmanlı, əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Qəmər Məmmədova, Leyli Vəliyeva, Nəsibə Eldarova, Rahib Əliyev, Vahid Əliyev, aktyorlar Mehriban Abdullayeva, İradə Rəşidova, Natiq Fərzəliyev, Təhminə Məmmədova, Kərəm Hadızadə, Elşən Çarhanlı, Elnur Kərimov və başqaları ifa ediblər. Tamaşa vicdan hissindən məhrum olunmuş, taxta-taca sahib olmaq üçün doğmalarını bələ öldürtməkdən çəkinməyən, cinayətləri ilə ad çıxaran, səhnəyə gah Stalin, gah Beriya, gah da Hitler kimi çıxan qozbel və qolu iflic olan III Riçardın hərisliyindən bəhs edir.   

Qeyd edək ki, tamaşadan sonra teatrın direktoru Mübariz Həmidov səhnəyə çıxaraq bütün kollektivi yeni premyera, tamaşanın quruluşçu rejissoru, xalq artisti Cənnət Səlimovanı isə anadan olmasının 75 illik yubileyi münasibətilə təbrik edib.

Tarix
26 Yanvar 2015 [15:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin