Axşamlar ət yeməyin, yoxsa...

19:07 - 16 Avqust 2020 - DİGƏR

Ət yeməklərinin həzm edilməsi üçün uzun zaman tələb olunduğuna və bədənin gecə normal istirahət etməsinə imkan vermədiyinə görə, axşam qida rasionundan çxarılmalıdır.

Bu barədə dietoloq Natalya Kruqlova danışıb. Ekspertin sözlərinə görə, donuz, mal, qoyun əti 4-5 saata həzm edilir.

Dietoloq həmçinin bildirib ki, yatmamışdan əvvəl yüksək kalorili yeməklər, bişmiş şirniyyatlar yemək olmaz. Artıq çəkili şəxslərə axşamlar bulqur şorbası, makaron və kartof yemək tövsiyə edilmir. Turşuya və duza qoyulmuş tərəvəzlər yemək üçün heç kimə faydalı deyil.

Axşam yeməyi üçün ən yaxşı seçim bitki qidaları, quş əti, dəniz məhsulları, kəsmik və az yağlı pendir ola bilər. Yatmazdan öncə aclıq hiss edirsinizsə, bir stəkan az yağlı kefir için.///publika

Xəbər xətti