İsmayıllıda 73 yaşlı qadın özünü asıb

20:52 - 15 Avqust 2020 - HADİSƏ

İsmayıllı rayonunda intihar hadisəsi baş verib. APA-nın xəbərinə görə, hadisə bu gün rayonun Basqal kəndində qeydə alınıb. Kənd sakini, 1947-ci il təvəllüdlü Səyyarə Bağırova yaşadığı evdə özünü kəndirlə asaraq intihar edib. Onun ağır xəstəliyi ilə əlaqədar bədənindəki ağrılara dözə bilmədiyi səbəbindən özünə qəsd etdiyi bildirilir. Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Xəbər xətti