Ana səhifə
20 Sentyabr 2018

Ermənilər qızmar günəş altında

Hər şeydən bezən ermənilər aksiyaya hazırlaşırlar

 

 

Rusiya və erməni mətbuatı İrəvanda oktyabrın 10-da keçirilən etiraz aksiyalarının nəticələrini şərh etməyə davam edir. Qeyd edilir ki, mitinqə çıxan insanlar yoxsulluqdan beziblər. Onlar mövcud hakimiyyətin dərhal dəyişdirilməsini, həyatlarının müsbət istiqamətə doğru dəyişdirilməsini tələb ediblər.

 

Aksiya təşkilatçıları qəzet səhifələrində mitinqin nə qərbə, nə də Rusiyaya yönəlmədiyini xüsusilə qeyd edirlər. Rusiyada işləyən qohumların aldıqları aylıq maliyyə köməyi ermənilər üçün çox vacibdir.

 

Etiraz hərakatına gəldikdə isə qəzet yazır ki, ona ancaq bisavadlar qeyri-ciddi yanaşa bilər.

 

Ermənistanın ilk prezidenti Levon Ter Petrosyanın və ölkənin ən varlı adamı olan Qaqik Sarukyanın kartına siyasi gələcək qoyulub. Əgər Ter Petrosyan üçün perespektiv dumanlıdırsa, Sarukyanda vəziyyət tamamilə fərqlidir.

 

Bilindiyi kimi S.Sarkisyan konsitutsiya islahatlarını prezident postundan baş nazir postuna keçməyə, uzun müddət burada qalmaq üçün ortaya atıb.

 

Müxalifət bununla qəti razı deyil. Əgər birdən Sarkisyan bu ideyadan imtina etsə hər şey dəyişə bilər. Bu halda o olan-qalan avtoritetini də itirəcək və de-fakto hakimiyyətin dəyişməsi baş verə bilər. Burada erməni xalqı öz sözünü deyəcək.

 

Görünür ki, həm Sarukyan, həm də Sarkisyan sözlərində qətidirlər. Hətta demək olar ki, özlərini qəhrəman sayırlar. Bu isə o deməkdir ki, ən yaxın zamanda erməni dramının ikinci aktı - hakimiyyət uğrunda savaş olacaq.

 

Müxalifət artıq ümumerməni etiraz aksiyasının vaxtını təyin edib. Aksiya oktyabrın 24-də olacaq. Payız, söz verildiyi kimi Ermənistan üçün çox isti keçəcək.

Tarix
14 Oktyabr 2014 [10:33]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin