Ana səhifə Mobil versiya
19 Sentyabr 2020

“Bu mövzu ilə bağlı “səhv” və ya “düz” fikir yoxdur” - Nazir

Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı Təhsil İnstitutunun təkliflərinə münasibət bildirib.

Nazir təkliflərin dəyərləndirilməsi üçün ictimaiyyətə müraciət edib:

"COVİD-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı hazırlanmış təkliflərə görə Azərbaycan Təhsil İnstitutuna təşəkkürümü bildirirəm. Qərarların verilməsində elmi tədqiqatlara əsaslanmaq verilən qərarların səmərəliliyini artırır.

Mövzu ilə bağlı rəy və təkliflərinizi eşitmək çox maraqlı olardı. Təhsil Nazirliyi ictimai rəyin öyrənilməsinə və vətəndaşların qərarların qəbul edilməsində iştirakına böyük önəm verir.

Xüsusi olaraq vurğulamaq istərdim ki, bu mövzu ilə bağlı "səhv" və ya "düz" fikir yoxdur, bütün rəylər və tövsiyələr faydalıdır.

Rəy və təkliflərinizə görə hər birinizə əvvəlcədən dərin minnətdarlığımı bildirirəm".///qafqazinfo

Tarix
14 Avqust 2020 [09:55]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-14 09:55:55
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin