Özəl telekanallara maliyyə yardımı ayrılıb

11:15 - 13 Avqust 2020 - Xəbər

Milli Televiziya və Radio Şurasının iclası keçirilib.

MTRŞ-dan verilən məlumata görə, iclasda Azərbaycan Respublikasında mətbuata əlavə maliyyə yardımının ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2020-ci il tarixli Sərəncamının 2-ci bəndinə uyğun olaraq özəl ümumölkə teleradio yayımçılarına maliyyə yardımının ayrılması müzakirə olunub.

Müzakirələrdən sonra Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına ayrılmış 3.0 (üç) milyon manat  vəsaitin aşağıda qeyd olunan özəl ümumrespublika teleradio yayımçılarının arasında bərabər bölünməsi qərara alınıb:

1. “Lider TV və Radio Azərbaycan” MMC   - 500.000 manat
2. “Xəzər TV” MMC - 500.000 manat
3. “Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyası - 500.000 manat
4. “ARB 24” MMC - 500.000 manat
5. “Space Müstəqil Teleradio Şirkəti” MMC - 500.000 manat
6. “Real Təhlil İnformasiya Mərkəzi” MMC - 500.000 manat

Lakin “Lider TV və Radio Azərbaycan” MMC-nin müflis elan olunması barədə məhkəmə prosesi davam etdiyi üçün “Lider TV və Radio Azərbaycan” MMC-yə ayrılmış 500.000 (beş yüz min) manat vəsaitin 400.000 (dörd yüz min) manatının birbaşa Milli Televiziya və Radio Şurası tərəfindən “Azərkosmos” ASC və “Radio-televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyi”nə ödənilməsi, 100.000 (yüz min) manatının isə “Lider TV və Radio Azərbaycan” MMC-nin texniki imkanlarının artırılması məqsədi ilə onun öz xəzinə hesabına köçürülməsi məqsədəuyğun sayılıb.

Xəbər xətti