Ana səhifə Mobil versiya
22 Sentyabr 2020

Sürücülərin DİQQƏTİNƏ: Bu yolda cərimələnə bilərsiniz- Video

Bakıda iki küçədə hərəkətin istiqamətində dəyişiklik edilib. Sabit Orucov və Mehdi Mehdizadə küçələri əsaslı təmir edildikdən sonra hər iki küçədə hərəkət birtərəfli olub. Yolda bütün nişanların qoyulmasına baxmayaraq hələ də qaydalara əməl etməyən sürücülər var. Belə sürücülər də ərazidə xidmət aparan yol polisləri tərəfində cərimə edilirlər.

Söhbət Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı təmir edilən Xətai rayonundakı Sabit Orucov və Mehdi Mehdizadə küçəsində gedir.Həmin küçələrdə əvvəllər hərəkət hər iki istiqamətdə təşkil edilmişdi. Küçələr təmir edildikdən sonra hərəkət istiqamətlərində bir sıra dəyşikliklər edilib. Belə ki, Mehdi Mehizadə küçəsi ilə hərəkət edən sürücülər Yusif Səfərov küçəsinədən keçməklə ordan birbaşa 28 may küçəsinə daxil ola biləcəklər.

Qeyd edək ki, 28 may metrostansiyasından gələn sürücülər də Sabit Orucov küçəsinə daxil olamaqla üzü Nobel prospektinə doğru hərəkət edə bilərlər.Atıq yolda işlərin 90 faizi yekunlaşıb və hər iki küçədə Bakı Nəqliyyat Agentliyi tərəfindən bütün yol nişanları quraşıdırılıb. Hətta küçə boyu kəsişmələrdə də qadağanedici nişanlar qoyulub ki,sürücülər daha aydın görsünlər. Amma hər iki küçədə hərəkət birtərəfli olsa da bəzi sürücülər yenə həmin istiqamətdə hərəkət edirlər. Ərazidə xidmət aparan yol polisləri belə sürücüləri cərimələyir.

Qeyd edək ki, hər iki küçədəki dəyşiklik günün pik saatlarında sıxlığı azaldacaq.
Qeyd edək ki, hər iki küçədə hazırda son tamamlanma işləri görülür. Yol cizgi xətləri çəklib və hazırda səki daşları vurulur. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin Bölmə rəisi Vaqif Əsədov deyir ki, işlər tam yekunlaşdıqdan sonra Yusif Səfərovla, Sabit Orucov və Mehdi Mehdizadə küçələrinin kəsişməsində işıqforlar da quraşdırılacaq.///xezerxeber

Tarix
13 Avqust 2020 [09:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-08-13 09:52:28
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Tibbi maskalardan istifadə edirsiniz?
 bəli
 Xeyr
 Qapalı yerlərdə istifadə edirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin