Şotlandiyada sərnişin qatarı qəzaya uğrayıb- ölənlər var

21:22 - 12 Avqust 2020 - DÜNYA

Şotlandiyanın şimal-şərqində, Aberdin bölgəsində sərnişin qatarının qəzaya uğrayaraq yoldan çıxması nəticəsində 3 nəfər ölüb, 6-sı xəsarət alıb.

“Report” CNN-ə istinadən xəbər verir ki, “British Transport”un açıqlamasında hadisəyə səbəb kimi bölgədə yağan leysan yağışları nəticəsində baş verən torpaq sürüşməsi göstərilib. Aberdindən Qlazqoya gedən 6 vaqondan ibarət qatarın Karmont stansiyası yaxınlığında lokomotivi və üç vaqonu yoldan çıxaraq aşıb.

Ölənlər arasında maşinistin də olduğu güman edilir.
Meteoroloq Brandon Miller həmin ərazidə indiyədək gündəlik yağıntı rekordunun 55 mm olduğu halda son 24 saatda 57,6 mm yağıntı düşdüyünü qeyd edib.

Xəbər xətti