Piyada səkisində inşa edilən futbol meydançası ilə bağlı İcra hakimiyyətindən AÇIQLAMA

16:18 - 12 Avqust 2020 - Xəbər

Nərimanovda inşa edilən futbol meydançasının tikintisi müvəqqəti olaraq dayandırılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə Nərimanov Rayon İcra Hakimiyyətinin Rayon təsərrüfatı şöbəsinin müdiri Hüseyn Cəfərov bildirib. Onun sözlərinə görə, tikinti Azərbaycan Kooperasiya Universiteti tərəfindən həyata keçirilir:

“Universitetdən Nərimanov rayon İcra Hakimiyyətinə bildirilib ki, tikintinin sənədləri Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) onlara təqdim olunub və həmin sənədlər binadadır. İki gün sonra universitetdə imtahan olduğu üçün hazırda qapılar möhürlənib və içəriyə daxil olmaq qadağandır. Ona görə də onlar bu sənədləri qapılar açıldıqda sonra bizə təqdim edə biləcəklər. Biz də öz növbəmizdə BŞİH-lə məsləhətləşib bu müddət ərazində tikintinin müvəqqti dayandırılmasına qərar vermişik”.

Qeyd edək ki, Nərimanov rayonu, Nəcəf Nərimanov küçəsində inşa edilən futbol meydançası piyadalar üçün nəzərdə tutulumuş səkinin bir hissəsini zəbt edib. Həmin fotolar sosial şəbəkədə yayılıb.

Xəbər xətti