"ABAD"da yeni təyinat

14:55 - 12 Avqust 2020 - Xəbər

"ABAD" publik hüquqi şəxsin marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinə yeni rəhbər təyin olunub.

"Ucnoqta.az"-ın məlumatına görə, bu barədə şöbənin keçmiş rəhbəri Turanə Qasımova məlumat verib. O bildirib ki, "ABAD"-ın marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinə Ləman Əhmədova rəhbərlik edəcək.

Qeyd edək ki, "ABAD" publik hüquqi şəxsin marketinq, beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Turanə Qasımova yeni vəzifəyə təyin edilib.

O, fəaliyyətini Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdir müavini olaraq davam etdirəcək.

Könül Oruc

Xəbər xətti